Haqqımızda

Şirkət tarixcəsi

Corella ilə qapınız yeniliklərə açıq olsun. “NB Qrup” ASC Azərbaycan Kimya Sənayesi sahəsində uğurla fəaliyyət göstərən və dinamik surətdə inkişaf edən şirkətdir. Kimya sənayesi sahəsində fəaliyyət göstərən şirkət olaraq, inşaat malları kateqoriyasından boya məhsulları, sement və gips əsaslı inşaat qarışıqlarının, alkid, polimer kimi sənaye əhəmiyyətli yarım məhsulların, kimyəvi məişət məhsulları seriyasından isə qatı və maye sabun, təmizləyici vasitələr, plastik və metal qabların istehsalını həyata keçirir. “NB Qrup” ASC - nin keyfiyyəti ilə ölçülən məhsullu boya brendlərinin sırasında parlayan və həyatınıza rəng qatan “CORELLA“ boyalarıdır. Evimizin gözəl və komfortlu görünməsi üçün müxtəlif növ rəngli boyalardan istifadə etmək məcburiyyətindəyik. İndiki zamanda məişətdə, o cümlədən, iş yerlərində hansı səthlərin boyanması çox əhəmiyyətlidir. Belə səthlərə pəncərə, qapı, döşəmə, divar və tavanlar aid edilir. Son zamanlar birrəngli boya ilə divarların boyanması dəb halını alıb. Müasir boyalar gözəl və səthdə olduğu zaman nəfəs alan boyalardır. Ancaq divar, döşəmə və tavanlar boyandığı zaman lak və boyaların təhlükəsiz olmasına diqqət yetirmək vacibdir. Rahatlıqla qeyd edə bilərik ki, Corella məhsulları ekoloji cəhətdən təmiz və zərərsizdir. Biz müxtəlif çeşiddə mat, parlaq inşaat boyaları, emulsiyalar, laklar, yapışqanlar, tinerlər və digər bir çox məhsullarla keyfiyyətimizi sərgiləyirik. Sizin sağlamlığınıza dəyər verdiyimiz üçün boyalarımız heç bir halda sağlamlığınıza mənfi təsir göstərməyəcəkdir. Evinizdə olan rənglər daima sizə müsbət enerji ötürməlidir və bu vacib şərtlərdən biridir. “CORELLA“ boyalarının təqdim etdiyi məhsullar evinizdə sizlərə daima ruh yüksəkliyi və pozitif enerji bəxş edəcək. CORELLA boya evinizin konseptini tamamlamaq üçün hər zövqə və istəyə uyğun olaraq 2500-dən çox rəng seçimi təqdim edir.

Bizimlə əlaqə

Şirkətimizin satış şöbəsi, məhsulları və təklifləri ilə ətraflı məlumat əldə etmək üçün şöbələr səhifəsinə keçid edin.